KEÇİ SÜDÜ İLAN ZƏHƏRİ
(ƏFSANƏ)
Komputerdə yazdı Aysel, 5-ci sinifdə
Çox keçmiş zamanlarda bir kişi möhkəm xəstələnir. Onun xəstəliyi
gündən-günə artır. Bütün tanınmış loğmanlara müraciət edirlər. Dərdinə əlac
tapılmır. Nəhayət, onu çox məşhur bir loğmanın yanına aparırlar. Loğman onun
xəstəliyinin əlacı olmadığını söyləyir. Ümidsiz xəstə artıq öləcəyini yəqin
edib, yaşadığı yerdən baş götürüb gedir. Gəlib bir xarabalığa çatır. Yerə
uzanıb inildəyir. Gördü ki, bir keçi peyda oldu. Haradansa bir arvad gəlib
keçini sağdı və südü əlində gətirdiyi qaba töküb, oradaca qoyub getdi. Azacıq
sonra bir ilan gəlib həmin südü içdi və sonra südü zəhərilə birgə ağzından qaba
tökdü.
Əziyyət çəkən xəstə həmin
ilanın zəhər qarışıq qusduğu südü içib əziyyətdən birdəfəlik qurtarmaq istəyir.
Bu niyyətlə sürünüb qaba yaxınlaşır. Gözünü yumaraq həmin zəhəri başına çəkir.
Uzanır, öləcəyi anı gözləyir. Günlər keçir. Vəziyyətinin yaxşılaşdığını görüb
xəstə yavaş-yavaş qalxıb evlərinə tərəf üz qoyur. Gəlib evlərinə çatır. Çox
keçmir ki, tamamilə sağalır. Xəstənin ilan zəhərinin köməyi ilə sağaldığı hər tərəfə
yayılır. Deyilənə görə, ilan zəhərinin dərman kimi istifadə edilməsi təbabət
aləminə ele o vaxtdan məlum olmuşdur.
Комментариев нет:
Отправить комментарий