Qoca aslan kompüterdə yazdı LƏMAN http://www.clb.az/html/audio.html
Günlərin bir günü qoca aslan meşə qırağında bir pişik gördü.
Ona yaxınlaşıb dedi:
-Ay pişik, sən bizim cinsdənsən,
niyə belə balacasan?
-Mən adam əlinə düşmüşəm, ona görə belə balacalaşmışam. Mənim yiyəm başıma o qədər döyür ki, gözümə
qaranlıq çökür. Əgər sən onun əlinə keçsən, gör başına nələr gətirər.
Qoca aslan dedi:
-Ay pişik, sən yiyəni mənə göstər, səni onun əlindən qurtarım.
Pişik dedi:
Sabah yiyəm buraya cüt sürməyə
gələcək, onda sən də gələrsən.
Aslan: « yaxşı » , –deyib
getdi.
Sabah açıldı, pişiyin yiyəsi kəndli meşənin qırağına cüt sürməyə
gəldi.
Bunu görüb qoca aslan da ora gəldi. Qoca aslan kəndliyə dedi:
-Ay kişi, niyə bizim nəsli bu hala salıbsan? Bəyəm mən aslandan
qorxmursan?
Kişi dedi:
-Ay aslan qardaş, pişik də mənə demişdi ki, çox qüvvətlidi, ancaq mən
pişikdə o qüvvəti görmədim. İndi də ki, görürsən nə günə düşüb? Əgər ona
yazığın gəlirsə, bircə gün ona kömək elə, onun işini sən gör. Qoca aslan dedi:
Nə işin var, de,
kömək eləyim. Cütçü boyunduruğu öküzün
boynundan açıb aslanın
boynuna qoydu, kirişlə bərk-bərk
bağladı, cütü saldı xam, kolluq
yerə. Əlinə də bir yekə pazı aldı, daldan aslana çək ki, çəkəsən. Aslanın
bağırtısı meşəyə, dağa düşdü. Əkinçi axşama kimi kolluqları, çayırlıqları əkdi.
Aslanı da o qədər döydü ki, bir qat gönü getdi, tamam heydən düşdü. Cütcü axşam
boyunduruğu aslanın boynundan çıxartdı. Aslan tirtab yerə uzandı. Pişik
miyoldaya- miyoldaya onun yanına gəlib dedi:
-Kefin necədi? İnsanın əlinin zərbini gördünmü?
Aslan dedi:
Qardaş, sən gör nə qədər qüvvətli imişsən ki, bu zərbə dözübsən. Sənin
yerinə mən olsaydım, indi lap siçana dönmüşdüm.
Комментариев нет:
Отправить комментарий