воскресенье, 27 мая 2012 г.

Армении действительно не было на Кавказе Azeri - Turkish alphabet - ALBANIYANIN YAZISI -Азербайданский алфавит


http://www.youtube.com/watch?v=aXPuC84-okU

Армении действительно не было на Кавказе…-youtube.com  

AZE.az - Армении ... ВИДЕО.flv     youtube.com

Drevniye Turki - YouTube

About the Turkish alphabet  in the Caucasus

Azeri turkish and all Caucasian people used the same alphabet,  like  armenians, in old times, like most people of the world use latin alphabet or Cyrillic in our times. It is natural.  Common people usually used to speak Turkish in the Caucasus, and middle east, middle assia, far east which was very understandable by everyone in that region, as nowadays English or Russian is understandable and widely spread in the world.                                                                                 Azeris were called Albananian, used the alphabet which looked like armenian, since the 1-st century, even before our era.  All Caucasian people used the similar alphabet before the Muslim Religion was adopted in the Caucasus. It is known from the history, that Albanian (Azeri-Turkish) ruler Orouz (Araz) exchanged written information with Pompey in Rome. Historical orders were issued in Albanian turkish. All the Caucasian people spoke almost the same common language which was understandable by common people. Even armenians spoke well in Azeri-turkish (albanian, sometimes it was called Aghvan or afghan) up to 20-th century. Armenian republic was created by Russian Government in 1921. Up to that time people could spoke Turkish, because Azeri-turkish people were local people inhabiting on those territories. Armenians  were given shelters on our lands. Nowadays most old people can speak Turkish, but young people don’t know it.

The book on Albanian history was written by Musa Kalankatly. But the history of creation of Albanian (azeri) alphabet is not known.  In those times, during the arab Khilaphat-dinasty Albanian (azeri) Chirch was subjected to armenian chirch. These 2 chirches joined. In a result, the historic books and alphabet, everything which was written in Albanian language were translated into old armenian and presented as armenian books and those albanian books, resourses were distroyed or thrown into fire by the Armenian Grigorian chirch headed by Ilya. 

AZƏRBAYCAN  DÖVLƏT  PEDAQOJI  UNIVERSITETI




Tarix fakültəsi


“QAFQAZ ALBANIYASININ PROBLEMLƏRI” FƏNNINDƏN
   “ ALBANIYANIN YAZISI” MÖVZUSUNDA SƏRBƏST IŞ.
  
  
BAKI  2011



ALBANIYANIN YAZISI
Plan:
1)   Alban yazısı haqqında ümumi məlumat
2)   Alban yazılarına aid abidələr
3)   Alban yazısı haqqında tarixçilərin fərqli fikirləri
4)   Alban yazı və əlifbasının erməni təcavüzünə məruz qalması
5)   Nəticə
ƏDƏBIYYAT
1)  Albaniya tarixi.  Moisey Kalankatlı. Bakı 1993.
2)  Azərbaycan tarixi. II cild. ( 7 cillddə). Bakı 2007.
3)  Azərbaycan tarixi. I cild. Ziya Bünyadov və Y.B.Yusifovun redaktəsilə. Bakı 1994.
4)  Azərbaycan Sovet ensiklopediyası. I cild. (10 cilddə).  Bakı 1976.
5)  Internetdən alınmış məlumatlar.
6)  Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı 2008.
7)  Fəridə Məmmədova - Qafqaz Albaniyası və albanlar, Bakı, 2005 (rus dilində)
8)  Faiq Ismayılov, Əlibala Ağayev - Alban mədəniyyətinə erməni təcavüzü, Bakı, 2007

         Xristianlıq qəbul edilənə və Albaniyada dövlət dininə çevrilənədək albanlarin öz yazısı olmuş, bütün ölkə üçün tayfalararasi ünsiyyət vasi-təsi kimi geniş intişar tapmışdı. Aban dilinin şimalda vahid ünsiyyət va-sitəsi olduğunu göstərən mühüm bir dəlil həmin dilə məxsus əlifbanın, alban yazısının olmasıdır. Albanların öz doğma dillərində yazı və ədə-biyyatının olması obyektiv tarixi zərurətdən irəli gəlirdi. Antik müəlliflə-rə görə albanlar hələ e.ə. I əsrdən öz yazılarından istifadə edirdilər. Mə-lumdur ki, Alban hökmdarı Oroyz (e.ə. I əsr) Pompeyə məktub göndər-mişdi. III əsrdə albanlar Romaya yazılı məlumat çatdırmış, V əsrdə isə alban dilində fərman tərtib edilmişdir. Onlar yəqin ki, qarqar dili əsa-sında düzəldilmiş əlifbadan da istifadə edirmişlər. Aran yazısının olma-sını erməni katalikosu Babkenin fars provoslav xristian kilsəsinə 506-cı ildə yazdığı məktubu da təsdiq edir: "Biz öz dini təlimimiz haqqında sizə gürcülər və ağvanlarla birlikdə, hər kəsə öz dilində, əvvəllər yazmışıq”. V əsrin başlanğıcında arami qrafikası əsasında alban yazısı-əlifbası tək-milləşdirildi. Təkmilləşdirilmiş 52 fonemli alban əlifbasi fışıltılı və boğaz səslərilə zəngin idi. V əsr erməni müəlliflərinin özlərinin etiraf etdiyi ki-mi “alban dili” ermənilər üçün “yad” idi. Alban yazısının çiçəklənmə dövrü V-VI yüzilliklər sayılır. A.Q.Şenidze yazır: bu dövrdə albanlar Qafqazın siyasi və mədəni həyatında gürcülərlə birgə fəal iştirak edirdi-lər. Ə.S.Sumbatzadə göstərir ki, “V əsrin sonu, VI əsrin əvvəlində alban-lar öz yazılarından artıq beynəlxalq yazışmalarda da istifadə edirdilər”.
Kalankatlı  Moisey yazısı olan xalqlar içərisində midiyalıları və al-banları xüsusi qeyd etmişdir: «Yazıya malik olan xalqlar budur: yəhudi-lər, romalılar, ispanlar, yunanlar, midiyalılar, ermənilər və albanlar». Tədqiqatçılar müəyyənləşdirmişlər ki, uzun müddət elmi, bədii, publisis-tik əsərlər, kargüzarlıq sənədləri alban dilində yazılmışdır: «X əsr də daxil olmaqla alban mənbələri başlanğıcdan alban dilində tərtib olun-muşdur. Bura alban dini rəvayət ədəbiyyatı (aqioqrafiya), məktub şək-lində yazışmalar, kanon ədəbiyyatı, qərarlar, salnamələr daxildir. Musa Kalankatlının «Alban tarixi» kitabı əvvəl alban dilində yazılmışdır. La-kin alban əlifbasının nə zaman və kim tərəfindən yaradıldığı mübahisə-lidir.  Alban əlifbası  Ərəb xəlifəsinin   göstərişi  ilə Alban  Həvari Kilsə-si Erməni Qriqoryan Kilsəsinə tabe edildikdən sonra erməni katolikosu Ilyanın göstərişi ilə məhv edilmiş, alban əlifbasıyla yazılmış kitablar er-məni dilinə tərcümə edildikdən sonra məhv edilmişdir.
Dövrün alban ədəbi ənənələrinə bizə yetişmiş aşağıdakı tarixi narrativ mənbələr aiddir:
1)   Moisey Kalankatlının “ Alban tarixi” əsəri.
2)   VII əsr şairi Davdəkin elegiyası.
3)   “Alban hüquqi mənbələri olan kilsə qanunları”
4)   “ V əsr Aquen məclisinin qanunları”.
5)   “ Simeonun qanunu adı ilə tanınmış 705-ci il Partav məclisinin qanunu”.
Üstündə alban əlifbası ilə yazı-lar olan bu daş, qazıntılar zamanı Mingəçevir şəhərindən tapılmışdır.
1948-ci ildə aşkar olunmuş alban  yazıları bu gündə maraq doğu-rur və öz əhəmiyyətini saxlamaqdadır. Bu yazılı lövhə V-VII əsrlərin  Su-dağılan adlanan şəhərgahındakı məbədin otlaqlarından birində aşkar olunub. Lövhədə hündürlüyü 5-5,5 sm olan 56 hərf  vardır. Bu ən uzun və rabitəli yazılardan biridir. O kapitelin karnizi üzrə uzanaraq, onu 4 tərəfdən əhatə edir. Mingəçevirdə aşkar edilmiş alban yazılı kitabə 21 işarədən ibarətdir.
 Mingəçevir məbədindən tapılmış üzərində alban əlifbası ilə yazılar olan şamdanlar
Qazaxın Daşsalahlı kəndindən aşkar-lanmış alban yazılı gil kitabə. Bu kitabə Sovet dövründə oğurlanaraq Ermənistana aparılmışdır
Alban yazılarına aidiyyatı çətinliklə güman edilən bir sıra kitabə-lər də mövcuddur.
I.                  Köhnə Gəncənin xarabalıqlarında tapılmış 3 sətrlik qabarıq yazı həkk edilmiş 2 gil qab parçası
II.              Dağıstanın Qunib rayonunun Oroda kəndində aşkar edilmiş yazılı daş
III.          Dərbənd qalasının şimal xarici divarı üzərində 15 hərfdən ibarət olan yazı
IV.           Dərbənddən cənubda, Kürtənçay yaxınlığındakı meşədə 3 qəbiristanlıqda aşkar edilmiş erməni yazıları arasında erməni qrafikasının yardımı ilə oxunmayan yazılar
Alban dilində və alban əlifbası ilə yazılmış  7117 nömrəli əlyazmadan bir səhifə.
 Alban əlifbasının 52 hərfinin yazılış və tələffüzü
 Alban əlifbası ilə yazılmış qədim mətnlərdən biri
Alban əlifbasının təxmini bərpa layiyəsi
1937-ci ildə Matendaran (Yerevan) əlyazmaları arasında erməni dili üzrə dərslik tapılmışdı. Bu dərslikdəki siyahıda bir çox əlifba ilə ya-naşı 52 işarədən (10 sait və 42 samit) ibarət olan alban-ağvan əlifbası da göstərilmişdi. Əlyazma XV əsrə aid edilir. 1956-cı ildə XVI əsrə aid edilən nüsxə Londonda üzə çıxdı. Bu əlifba erməni və gürcü işarələrinin əsasında tərtib olunmuşdur. Həmin əlifba vasitəsilə Mingəçevir alban yazılarını oxumaq mümkün deyil. Bəzi tədqiqatçılar 52 işarəli əlifbanın albanlara mənsub olduğunu söyləyir, bəziləri isə bunları inkar edir. Doğrudanda həmin əlifba ilə alban və qarqarların əlifbası arasında heç bir əlaqə yoxdur. Bu əlifba alban və qarqarların türk dilinin fonetik qu-ruluşuna uyğun olmalı idi. Orta əsr əlifbası isə 52 fonetik səsdən ibarət olan dilə uyğun tərtib edilmişdir. Çox gümanki orta əsr əlifbası xristian udinlərin dilinə uyğunlaşdırılmışdı. Əlifbanın udi etnosu dairəsində ta-pılmaması onun tarixi varlığına şübhə doğurur.
Alban əlifbası haqqında fikrin təşəkkül tarixini T.M.Məmmədov daha ətraflı araşdırmışdır. Uzun müddət alban dilinə tərcümələr və al-ban yazısı haqqında Matenadarandakı beş müxtəlif əlyazmada olan mə-lumata əsaslanmışlar. 1937-ci ildə filologiya elmləri doktoru, professor İ.V.Abuladze XV əsr əlyazmalarını öyrənərkən 1717 nömrəli əlyazmada alban əlifbasını əldə etmişdir. Sonra Matenadarandakı bu əlyazmanın 2 başqa surəti üzərində T.İ.Ter-Qriqoryan da tədqiqat aparmışdır. Bunlar XV əsrdə ruhani Mkrtıçın göstərişi ilə monastrın şagirdləri üçün dərslik kimi monax Foma Metsopski tərəfindən tərtib edilmişdir. Əlyazmada ərəb, suriya, erməni, gürcü əlifbaları ilə yanaşı, 52 hərflik alban əlifbası da vardı. 1938 və 1957-ci illərdə ciddi araşdırmalardan sonra akademik A.Q.Şanidzenin alban əlifbası haqqında yazıları çap olunmuşdur. T.M. Məmmədov göstərir ki, bu tapıntı akademik R.Acaryanı da maraqlandır-mış,o bu əlifbanın həqiqətən alban əlifbası olması barədə məqalə ilə çı-xış etmişdir. Alban yazısının, alban dilində tərcümə əsərlərinin olduğunu tarixi mənbələr də təsdiq edir. Alban əlifbası Ərəb Xəlifəsinin göstərişi ilə Alban Həvari Kilsəsi Erməni Qriqoryan Kilsəsinə tabe edildikdən sonra erməni katolikosu İlyanın göstərişi ilə məhv edilmiş, alban əlifba-sıyla yazılmış kitablar qədim erməni dilinə tərcümə edildikdən sonra məhv edilmişdir.
Erməni, gürcü və alban əlifbalarının yaradıcısı ənənəvi olaraq Mesrop Maştots hesab edilir. Lakin burada da şübhəli məsələlər çoxdur. V əsr erməni tarixçisi Koryun göstərir ki, Maştots hələ Albaniyada olma-dığı zaman Benyamin adlı alban onun yanına gəlmiş, Maştots ondan al-ban dilinin yadelli bir şivəsi haqqında məlumat alıb əlifba düzəltmişdir. O Benyamini sorğu-suala tutdu,qarqar dilinin barbar sözlərini tədqiq edərək onlar üçün əlifba yaratdı. Qafqaz albanlarına məxsus olan və al-ban dilinə uyğunlaşdırılmış alban əlifbası, IV-V əsrlərdə parf mənşəli maarifçi Mesrop Maştots tərəfindən təkmilləşdirilmişdir. T.M.Məmmədo-vun dediyi kimi, buradan aydın olur ki, Mesrop alban dilini bilmirmiş, al-ban dili haqqında alban Beniaminin köməyi ilə məlumat almışdır: Maş-tots Albaniyaya yollandı və bu ölkəyə gəldi. Çar iqamətgahına gəlib, Ye-remiya adlı müqəddəs yepiskopla və onların Arsvaq adlı çarı və bütün əyanları ilə görüşdü.(Maştots) onların sorğusuna əsasən nə üçün gəldi-yini bildirdi və onlar hər ikisi, yepiskop və çar yazının hazırlanmasına itaətlə razılaşdılar. Həmin dövrün erməni tarixçisi Moisey Xorenasi qeyd edilən əlifbanın boğaz səsləri ilə zəngin olan qarqar dili üçün yara-dılmış olduğunu söyləyir: «Mesrop öz yolunu Albaniyaya Arsvagenin, (bu ölkənin çarının) və yepiskopların başçısı Yeremiyanın yanına salır. Onlar onun təlimini məmnuniyyətlə qəbul edirlər və ona seçilmiş oğlan uşaqları verirlər. Və öz yepiskopu Ananiyanın vasitəsilə Sünik hakimi gənc Vasakı təcili göndərib istedadlı tərcüməçi Beniamini öz yanına çağıraraq, Mes-rop onların köməyi ilə qarqar şivəsi, boğaz səsləri ilə zəngin olan, kobud, barbar, yüksək dərəcədə yöndəmsiz qarqar şivəsi üçün yazı düzəltdi».
T.M.Məmmədov Koryunun və Xorenasinin qeydlərində bir sıra fərqlər müəyyənləşdirmişdir: Koryundan fərqli olaraq, Xorenasinin yazı-sından aydın olur ki, Mesrop əlifbanı alban Beniamin və Yeremiyanın kö-məyi ilə düzəltmişdir. Koryun Beniamini «ruhani», Xorenasi «tərcüməçi» adlandırır. Koryun göstərir ki, Mesrop hələ Albaniyaya gəlməmiş alban dili haqqında məlumat almışdır, Xorenasinin qeydlərindən aydın olur ki, Albaniyaya gəldikdən sonra bu dili öyrənmişdir. T.M.Məmmədov başqa bir mühüm fərq də müəyyən etmişdir: Koryuna görə, Mesrop alban dili üçün, Xorenasiya görə, alban dilinin qarqar dialekti üçün əlifba düzəlt-mişdir. Əgər Koryunun dediyi olduğu kimi verilmişsə, onun sözlərində də qarqar dilinə işarə vardır. Koryun belə ifadə işlədir: «İ on (Maştots), razuznav i obsledovav çujezemnıy qovor albanskoqo əzıka, sostavil zatem pisğmena.» Burada aydın şəkildə «alban dilinin yadelli  şivəsi» sözləri iş-lənmişdir. Deməli, əslində, Koryun da əlifbanın alban dili üçün deyil, al-ban dilinin bir dialekti, mühüm mövqeyi olan bir tayfa dili üçün əlifba ya-radıldığını qeyd etmişdir. Belə olduqda məntiqi olaraq düşünülür ki, al-ban dili üçün əlifba daha əvvəllərdən mövcud olmuş, Mesrop alban dili üçün əlifba düzəltməmişdir.
Kalankatuklu Moiseyin «Albaniya tarixi» əsərindəki aşağıdakı söz-ləri bu fikri təsdiq edir: «O  zaman ki yunanların imperatoru Kiçik Feo-dosi idi, ermənilərin çarı Vramşapux idi, İran şahı Yezdəgird idi, Arsva-kan isə Albaniyanın çarı, Albaniyaya, bizim patriarxımız Yeremiya və ça-rımız Yesvagenin yanına həmin Mesrob gəldi. Onların hər ikisi (Arsva-gen və Yeremiya) ona maarifçilik fəaliyyətində kömək etməyə razılıq ve-rib (o, Müqəddəs Ruhun köməyi ilə erməni və gürcülərə əlifba yaradıb) və məmnuniyyətlə ona şagirdliyə fərasətli gəncləri təhkim etdilər. Onlar Sünikdən (Zəngəzurdan) Bəncamin adlı tərcüməçini dəvət etdilər və onu Sünikin gənc knyazı Vasaq yepiskop Ananiyanın xahişi ilə Albaniyaya göndərdi. Onlar Mesrobun yanına gəlib, onunla birlikdə qırtlaq, qaba, barbar və çətin səslənən qarqar dilinin əlifbasını yaratdılar.» Bunu Ka-lankatuklunun əsərinin 1 hissəsinin 16-cı fəslinin adından da görmək olar: «Mesrobun Albaniya çarı Arsvagenin yanına gəlməsi. Burada əlif-banı təkmil etməsi, məktəbləri yenidən açması, ölkədə dağılmış bütpərəst məzhəblərin kökünün kəsilməsi və Albaniyada xaçpərəstliyin möhkəmlən-məsi». Göründüyü kimi, burada yeni məktəblərin açılmasından, yeni əlif-banın yaradılmasından deyil, məktəblərin yenidən açılmasından, mövcud əlifbanın təkmilləşdirilməsindən söhbət gedir.
V əsr erməni tarixçisi Lazar Parbetsiyə görə, Mesrop yalnız ermə-ni əlifbasının müəllifidir. Erməni tədqiqatçısı Q.N.Akinyan isə yazmışdır ki, Maştots heç vaxt albanlar üçün əlifba düzəltməyib. Elə buna görə də Q.Voroşil qeyd edirdi ki, alban əlifbasının mənşəyi məsələsi aydın deyil. Aydın olan budur ki, V əsrdə ya həmin əlifba təzələnmiş, yaxud da həmin əlifba əsasında qarqarlar üçün əlifba tərtib edilmişdir. Bütün bunlar bir şeyi təsdiq edir ki, bu dövr Albaniyada yazının, maarifin, məktəbin inkişaf etdiyi dövrdür: «Albaniya tarixi» əsərinə əsasən Urnayrdan sonra Yesva-gen hökmdar olmuşdur. Onun hakimiyyəti dövründə köhnə yazının islahı yolu ilə yeni alban yazısı yaradılır. Üç Qafqaz xalqının - albanların, gür-cülərin və ermənilərin əlifbasının yaradıcısı Mesrop Maştots hesab edilsə də, mənbələrin müqayisəli təhlili əsas işin istedadlı tərcüməçi sünikli Be-niamin tərəfindən yerinə yetirildiyini sübut edir. Əlifba təzələndikdən sonra Yesvagen uşaqlar üçün xüsusi məktəblər açdırır, onlara yazı sənə-tinin sirlərini öyrətmək əmrini verir, hətta dövlət hesabına onları yer və yeməklə də təchiz edir. Dini və dünyəvi əsərlərin siryani və yunan dillə-rindən alban dilinə tərcüməsi də bu dövrdə yerinə yetirilməyə başlayır». K.V.Trever də bu fikirdə olmuşdur ki, V əsrin başlanğıcında Albaniyada artıq hansısa köhnə bir əlifba vardı ki, onu Maştots «təzələdi». Qonşu er-məni və gürcü xalqlarının V əsrdən əlifbalarının olması da göstərir ki, mütləq albanların əlifbası olmuşdur, çünki Alban dili Qafqazda və Ön Asiyada daha böyük rola malik idi. Erməni və gürcü dilləri eramızın V əsrinin ilk rübündən etibarən yazısı olan dillərdir. Bununla belə, onların təsir dairəsi heç də alban dilinin təsir dairəsi səviyyəsində olmayıb. Türk-alban dili qonşu dilləri də öz təsiri altına almışdı.
Əlifbada boğaz səslərinin çox olması tədqiqatçıların bir qismini bu əlifbanın Qafqaz dilləri üçün tərtib edildiyi qənaətinə gətirmişdir. Lakin Y.B.Yusifovun qeyd etdiyi kimi, bəzi türk dillərində və o cümlədən qarqar dilində də boğaz samitləri olmuşdur. Moisey Kalankatuklunun «Albaniya tarixi» əsəri tərcümə və nəşr edilərkən qəsdən üzərində əməliyyat aparıl-mış, bir sıra məsələlər dəyişdirilmiş və dolaşdırılmışdır. «Albaniya tari-xi» əsərinin Yerevanda Ş.V.Smbatyan tərəfindən 1984-cü ildə qrabardan rus dilinə edilmiş tərcüməsi barədə «Qaynaqlar»da oxuyuruq: «Ancaq nəzərə alınmalıdır ki, bu çapı hazırlayan müəllif kitabın bir çox yerlərini özü istədiyi kimi dəyişdirmiş, bə’zən isə bilərəkdən kəsib atmışdır. Buna görə yeni çap bir sıra hallarda əski 1861-ci il çapı qədər və bəlkə daha çox naqis, qərəzli və nöqsanlıdır.» «Albaniya tarixi»nin yeni tərcüməçisi qeyd və şərhlərində albanları barbar, geridə qalmış bir xalq kimi təsvir etməklə sübut etməyə çalışmışdır ki, albanlar belə bir əsər yarada bilməz-di, qrabar bu əsərin ana dilidir. Lakin əsərin müəllifi K. Moisey xalis bir alban olaraq Albaniya haqqında, böyük sərkərdə və dövlət xadimi, diplo-mat Cavanşir haqqında elə məhəbbətlə danışır ki, bunu yalnız həqiqi bir alban vətəndaşı edə bilərdi. Ona görə də bu əsərin vaxtilə alban dilindən qrabara tərcümə edilmiş olduğunu göstərən tədqiqatçılar Z.Bünyadov, S.Əliyarov, Y.Yusifov, F.Məmmədova, T.Hacıyev və b. haqlıdırlar. 
Alban əlifbasının tədqiqatçısı A.Şanidze 11 əsrdən çox davam edən Alban mədəniyyətinin Qafqaz regionunda böyük rolunu nəzərdə tutaraq yazmışdır: Mən belə hesab etmişəm və hazırda da belə hesab edirəm ki, orta əsrlərdə Qafqazın mədəni və siyasi həyatında görkəmli rol oynamış bütöv bir xalqın yazısı izsiz yox ola bilməz. Qazıntılar bizə alban yazısı-nın mövcud olması barədə mənbələrin məlumatını inandırıcı şəkildə təs-diq edən epiqrafik material verməlidir. Mən hələ ümidimi itirmirəm ki, nə vaxtsa və harada isə perqament yazılarında alban əl yazılarından parça-lar üzə çıxacaqdır. Bu sözlərdən az sonra 1948-ci ildə Mingəçevir qazın-tıları zamanı üzərində alban yazısı olan daş tapılmış və bu barədə S.M. Qaziyev məlumat vermişdir. Lakin həm Matenadaranda tapılmış əlifba-da, həm Mingəçevir yazılarında qüsurlar olduğu üçün yazıları düzgün oxumaq mümkün olmamışdır. A.Q.Abramyan həmin yazıları oxumaqla məşğul olmuş, bu yazıları cəmi 2 kənddə - Qutqaşen rayonunun Nic, Var-taşen rayonunun Vartaşen kəndində yaşayan udinlərin dili əsasında oxu-mağa çalışmışdır.Udinlər heç vaxt ölkədə bütün Şimali Azərbaycanı əha-tə edən vahid dilə və dövlətə malik olmamış, daim türkdilli utilərlə qarış-dırılmışdır. Müəllifin oxuduqları inandırıcı deyil və istədiyi yerə alban əlifbası adlandırılan 52 hərfli əlifbanın istədiyi hərfini qoymuşdur.


Комментариев нет: