воскресенье, 27 мая 2012 г.

Qoca aslan hekayayəsi - Old Tiger in Turkish - Старый тигр на турецком языке


Qoca aslan kompüterdə yazdı LƏMAN http://www.clb.az/html/audio.html



Günlərin bir günü qoca aslan meşə qırağında bir pişik gördü.
Ona yaxınlaşıb dedi:
-Ay pişik, sən bizim cinsdənsən,  niyə belə balacasan?
-Mən adam əlinə düşmüşəm, ona görə belə balacalaşmışam. Mənim  yiyəm başıma o qədər döyür ki, gözümə qaranlıq çökür. Əgər sən onun əlinə keçsən, gör başına nələr gətirər.
Qoca aslan dedi:
-Ay pişik, sən yiyəni mənə göstər, səni onun əlindən qurtarım.
Pişik dedi:
 Sabah yiyəm buraya cüt sürməyə gələcək, onda sən də gələrsən.                                         
Aslan:  « yaxşı » , –deyib getdi.
Sabah açıldı, pişiyin yiyəsi kəndli meşənin qırağına cüt sürməyə gəldi.
Bunu görüb qoca aslan da ora gəldi. Qoca aslan kəndliyə dedi:
-Ay kişi, niyə bizim nəsli bu hala salıbsan? Bəyəm mən aslandan qorxmursan?
Kişi dedi:
-Ay aslan qardaş, pişik də mənə demişdi ki, çox qüvvətlidi, ancaq mən pişikdə o qüvvəti görmədim. İndi də ki, görürsən nə günə düşüb? Əgər ona yazığın gəlirsə, bircə gün ona kömək elə, onun işini sən gör. Qoca aslan dedi:
Nə  işin  var, de,   kömək  eləyim. Cütçü   boyunduruğu     öküzün   boynundan  açıb  aslanın  boynuna   qoydu, kirişlə  bərk-bərk  bağladı,  cütü saldı xam, kolluq yerə. Əlinə də bir yekə pazı aldı, daldan aslana çək ki, çəkəsən. Aslanın bağırtısı meşəyə, dağa düşdü. Əkinçi axşama kimi kolluqları, çayırlıqları əkdi. Aslanı da o qədər döydü ki, bir qat gönü getdi, tamam heydən düşdü. Cütcü axşam boyunduruğu aslanın boynundan çıxartdı. Aslan tirtab yerə uzandı. Pişik miyoldaya- miyoldaya onun yanına gəlib dedi:
-Kefin necədi? İnsanın əlinin zərbini gördünmü?
Aslan dedi:
Qardaş, sən gör nə qədər qüvvətli imişsən ki, bu zərbə dözübsən. Sənin yerinə mən olsaydım, indi lap siçana dönmüşdüm.

Комментариев нет: